Bank Of Baku

İsgəndər Cavadov Vitali Daraseliyanın xatirəsinə keçirilmiş oyunda 90 dəqiqə meydanda olub

İsgəndər Cavadov Vitali Daraseliyanın xatirəsinə keçirilmiş oyunda 90 dəqiqə meydanda olub
# 05 oktyabr 2007 16:59 (UTC +04:00)
Azərbaycanın futbol veteranı İsgəndər Cavadov Gürcüstanın Tbilisi “Dinamo”sunun sabiq futbolçusu, mərhum Vitali Daraseliyanın 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən İ. Cavadovun sözlərinə görə, tədbir çərçivəsində Tbilisidəki Boris Payçadze adına milli stadionda yerli “Dinamo” klubunun veteranları və “Vitali Daraseliyanın dostları” komandaları arasında yoldaşlıq görüşü keçirilib. 10 minədək azarkeşin izlədiyi və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayınlanan matçın əsas vaxtı 5:5 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə tərəflər hərəyə 3 dəfə fərqləniblər və oyunun yekunu olaraq 8:8 hesabı qeydə alınıb. “Vitali Daraseliyanın dostları” komandasının heyətində 90 dəqiqə meydanda olduğunu deyən İ. Cavadov Sergey Kanovalovun vurduğu 5-ci topun məhsuldar ötürməsini verdiyi bildirib. Penaltilər seriyasında isə veteran futbolçumuz topa yaxınlaşmadığını deyib: “Mən peşəkar futbolçu kimi çıxış etdiyim vaxtlarda cəmi 2 dəfə penalti yerinə yetirmişəm. Onların hər ikisində Rusiyanın “Spartak” komandası ilə görüşdə Rinat Dasayevi məyus etmişəm. Amma təqribən 50-dək penalti qazanmışam. Amma onları “Neftçi”nin ştatlı penalti vuranı İqor Ponomaryov yerinə yetirib. Ümumiyyətlə, mənim penalti vurmaqla aram yoxdur”. Qeyd edək ki, qolları Tbilisi “Dinamo”sundan Qriqol Tsava, Revaz Arveladze, Aleksandr Çivadze, Tengiz Sulakvelidze, həmçinin, mərhum Vitali Daraseliyanın adını daşıyan oğlu, rəqib komandadan isə iki dəfə İqor Belanov, Xoren Oqanesyan, Viktor Xlus və Sergey Kanovalov vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR