Bank Of Baku

Azərbaycan-Albaniya oyununu sloveniyalı hakimlər idarə edəcək

Azərbaycan-Albaniya oyununu sloveniyalı hakimlər idarə edəcək
# 06 oktyabr 2007 08:23 (UTC +04:00)
Azərbaycanın və Albaniyanın olimpiya yığa komandalarının 2009-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiya yığmamızın Albaniya ilə oktyabrın 17-də Bakıda keçirəcəyi rəsmi oyununu sloveniyalı hakimlər idarə edəcək. Baş hakim Robert Krajnça Robert Zirnşteyn, Bojan Ul və Peter Sart yardımçı olacaq. 2002-ci ildən FİFA hakimi olan 38 yaşlı R. Krajnç az öncə digər yığmamızın Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb. Belə ki, sloveniyalı hakim 19 yaşlılardan ibarət yığma komandamızın Moldovada keçirəcəyi hər üç rəsmi görüşündə idarəçilik edəcək. Ukrayna və Şotlandiya ilə oyunlara baş hakim kimi təyinat alan R. Krajnç meydan sahiblərinə qarşı keçirəcəyimiz sonuncu matçda ehtiyat hakim funksiyalarını yerinə yetirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR