Bank Of Baku

“Xəzər-Lənkəran” klubunun ən sərrast hücumçusu əməliyyat olunacaq

“Xəzər-Lənkəran” klubunun ən sərrast hücumçusu əməliyyat olunacaq
# 06 oktyabr 2007 09:07 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun Fil Dişi Sahilindən olan 32 yaşlı hücumçusu Yakuba Bamba Türkiyədə cərrahiyyə əməliyyatı olunacaq. Bu haqda “APA-Sport” agentliyinə klubun həkimi Boris Xetaqurov məlumat verib. B. Xetaqurovun sözlərinə görə, Y.Bambanın dizindən aldığı ciddi xəsarət əməliyyatı qaçılmaz edib: “Üç həftə öncə “Turan”la matçda zədə alan Bamba sonrakı görüşlərdə oynamasa da, adı iştirak ərizəsinə daxil edilirdi. Bu müddətdə Yakubanı hərtərəfli müayinə etdikdən sonra sağ dizində menisk zədəsi aşkara çıxdı. Belə olan halda, futbolçu mütləq əməliyyat olunmalıdır. Bambanın əvvəllər də belə problemi olub və köhnə zədəsi öz sözünü deyib. Yakubanın əməliyyat olunması ilə bağlı tanınan türkiyəli həkim Mehmet Binnətlə danışmışam. O, belə zədələrin cərrahiyyə əməliyyatı ilə bağlı ixtisaslaşıb və etdiyi əməliyyatlar adətən uğurlu olub. Bambanı oktyabrın 9-da Türkiyənin paytaxtı Ankaraya yola salırıq. Türkiyədə üç gün qalacaq Yakuba oktyabrın 12-də Bakıya qayıdacaq”. Y. Bamba Yevlaxın “Karvan” klubunda çıxış edərkən də menisk zədəsinə görə Fransanın paytaxtı Parisdə dizindən əməliyyat olunub. Bu dəfə M. Binnətin Ankaradakı şəxsi klinikasında əməliyyat olunacaq Y. Bamba ən yaxşı halda noyabrda “Xəzər-Lənkəran”a kömək edə biləcək. B. Xetaqurov futbolçunun üç həftədən sonra tam gücü ilə məşq edərək, oynaya biləcəyini bildirib.
Qeyd edək ki, Y. Bamba vurduğu dörd qolla “Xəzər-Lənkəran”ın cari çempionatda hələlik ən sərrast futbolçusudur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR