Bank Of Baku

İlqar Qurbanov: “Bülənt Uyğun “Ankaragücü” ilə sabahkı oyunda mənə şans verəcək”

İlqar Qurbanov: “Bülənt Uyğun “Ankaragücü” ilə sabahkı oyunda mənə şans verəcək”
# 06 oktyabr 2007 10:27 (UTC +04:00)
“Hazırda özümü yaxşı hiss edirəm və meydana çıxmağa tam hazıram. Türkiyə Super Liqasına qayıdışım “Ankaragücü” ilə səfərdə keçiriləcək oyunda gözlənilir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Türkiyənin “Sivasspor” klubunun yarımmüdafiəçisi İlqar Qurbanov deyib. Bir aydır? Super Liqa oyunlarından kənarda qalan 21 yaşlı futbolçu “Sivasspor”un baş məşqçisi Bülənt Uyğunun ona sabahkı matçda şans verəcəyini qeyd edib: “Xəstələndiyimə görə bir müddət oynamasam da, artıq sağlıq durumumda problem yoxdur. Keçdiyim fərdi məşq proseslərindən sonra formamı bərpa etmişəm. Fiziki hazırlığım yaxşıdır. Bülənt Uyğunla söhbətim olub və “Ankaragücü” ilə görüşdə məni meydana buraxmaq fikrindədir”.
Qeyd edək ki, “Sivasspor” yeddi turdan sonra turnir cədvəlində 2-ci pillədə yer alaraq, yalnız “Qalatasaray”dan bir xal geri qalır. “Ankaragücü” ilə görüşdən sonra Bakıya gələcək İ. Qurbanov Azərbaycan milli komandasının Portuqaliya və Serbiya ilə keçirəcəyi rəsmi oyunlara hazırlığa qatılacaq: “Bakıya oktyabrın 8-də gələcəyəm. Artıq bilet almışam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR