Bank Of Baku

17 yaşlı qızlardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların hakimlərinin adları açıqlanıb

17 yaşlı qızlardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların hakimlərinin adları açıqlanıb
# 06 oktyabr 2007 10:47 (UTC +04:00)
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandasının Polşanın Zaverçi şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara təyinat alan hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Şamil Heydərovun baş məşqçisi olduğu yığma komandamızın görüşlərinə baş hakim qismində israilli və irlandiyalı referilər təyin olunub. İsrailli Raşel Kohen iki, irlandiyalı Rhona Dali bir oyunumuzu idarə edəcək. R. Dali də israilli həmkarı kimi yığmamızın iki görüşünə təyinat alsa da, Polşa ilə matçda ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, yığmamızın oyunlarında polşalı hakimlər də təyinat alsa da, reqlamentə görə, meydan sahibləri olan referilər baş hakim kimi oyun idarə edə bilməzlər.

8 oktyabr

Hollandiya Azərbaycan
Baş hakim: Raşel Kohen (İsrail)
Hakim köməkçiləri: Tvia Malka (İsrail), Karolina Radzik, Anna Qorska (hər ikisi Polşa)

10 oktyabr

Polşa Azərbaycan
Baş hakim: Raşel Kohen (İsrail).
Hakim-köməkçiləri: Tvia Malka (İsrail), Selin Mak Qoven, Rhona Dali (hər ikisi İrlandiya).

13 oktyabr

Azərbaycan Yunanıstan
Baş hakim: Rhona Dali (İrlandiya).
Hakim köməkçiləri: Selin Mak Qoven (İrlandiya), Karolina Radzik, Anna Qorska (hər ikisi Polşa). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR