Bank Of Baku

Azərbaycanın futbol yığması Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ikinci qrup mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın futbol yığması Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ikinci qrup mərhələsinə vəsiqə qazanıb
# 06 oktyabr 2007 10:56 (UTC +04:00)
Çinin Şanxay şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın futbol üzrə yığma komandası ikinci qrup mərhələsinə vəsiqə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz ilkin qrup mərhələsindəki bütün rəqibləri üzərində qələbə qazanıb. Komandamız Botsvananı 3:0, Belçikanı 2:0, Belarusu isə 4:1 hesabı ilə məğlub edib. Bu gün yığmamız ikinci qrup mərhələsində ilk görüşünü keçirib. Almaniya ilə qarşılaşan futbolçularımız böyük hesabla uduzub 1:4. Yığmamız həmçinin, Çinin I komandası və Yamayka milliləri ilə də görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR