Bank Of Baku

Yunis Hüseynov: “Karvan”la oyun mənim üçün prinsipial əhəmiyyət kəsb etmir”

Yunis Hüseynov: “Karvan”la oyun mənim üçün prinsipial əhəmiyyət kəsb etmir”
# 06 oktyabr 2007 11:08 (UTC +04:00)
“Karvan”la sabahkı görüş mənim üçün adi çempionat oyunlarından biri olacaq. Bütün rəqiblərlə olduğu kimi, “Karvan”la oyuna da ciddi hazırlaşıb, meydana qələbə üçün çıxacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Standard” klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. Üç il “Karvan”ın sükanı arxasında çalışan, bu klubun tarixinə ilk baş məşqçisi kimi düşən Y.Hüseynov sabiq komandasına qarşı oyunun onun üçün prinsipial xarakter daşımadığını qeyd edib: “Karvan”la görüşə xüsusi motivasiya ilə hazırlaşmıram. Mənim üçün keçmiş komandamla görüş prinsipial əhəmiyyət kəsb etmir. Ümumiyyətlə belə şeylər təbiətimə yaddır. “Karvan”ın yaradıcılarından olmuşam, komandanı sıfırdan bu səviyyəyə çatdırmışam. “Standard”da da işimə sıfırdan başlamışam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR