Bank Of Baku

Xavyer Klemente: “Azərbaycan və Ermənistanla səfərdə keçirəcəyimiz görüşlər həlledici olacaq”

Xavyer Klemente: “Azərbaycan və Ermənistanla səfərdə keçirəcəyimiz görüşlər həlledici olacaq”
# 08 oktyabr 2007 09:38 (UTC +04:00)
“Azərbaycan və Ermənistan yığmaları ilə səfərdə keçirəcəyimiz görüşlər həlledici olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Xavyer Klemente deyib. İspaniyalı mütəxəssisin sözlərinə görə, rəqiblərin Serbiya millisi ilə müqayisədə zəif olması arxayınlaşmağa əsas vermir: “Azərbaycanla Ermənistan turnir cədvəlində son pillələrdə yer almağına baxmayaraq, bizi qarşıda rəqib meydanında iki həlledici oyun gözləyir. Rəqiblərimiz turnir cədvəli baxımından heç nə itirmədiyindən, Serbiya ilə görüşə rahat çıxacaqlar. Biz isə Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə apardığımızdan, müəyyən psixoloji gərginlik var. Final mərhələsinə vəsiqə uğrunda gərgin mübarizədə xal itkisinə yol verməməliyik. Qələbə qazanmaq üçün çox hücum edib, meydanda aqressiv oyun nümayiş etdirməliyik. Səfər oyunlarından 6 xal qazanmaqla, Avropa çempionatının final mərhələsinə iki vəsiqə uğrunda vəziyyətimizi yaxşılaşdıracağıq. Çünki son iki matçımızı evdə - Belqradda Qazaxıstanla Polşa yığmalarına qarşı keçirəcəyik”. X.Klemente heyətə daxil etdiyi əsas müdafiəçilərindən Nemanya Vidiçin əvəzləməsinin mümkünlüyünü qeyd edib: “Vidiç “Mançester Yunayted” klubunun heyətində İngiltərə çempionatının son turunda zədələnib. Hazırda həkim nəzarətindədir. Vidiç Azərbaycan və Ermənistanla oyunlaradək sağalmasa, onu əvəzləyəcəyəm”.
Qeyd edək ki, X.Klemente Serbiya yığmasının sükanı arxasında rəsmi oyunlarda debütünü millimizlə görüşdə 1:0 hesablı qələbə ilə qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR