Bank Of Baku

Vlastimil Petrjela Qurban Qurbanovun “Neftçi” klubunda təmsil olunmasını istəmir

Vlastimil Petrjela Qurban Qurbanovun “Neftçi” klubunda təmsil olunmasını istəmir
# 08 oktyabr 2007 10:45 (UTC +04:00)
“Komandada çıxış edən yerli futbolçularla heç bir problemim yoxdur. Halbuki, məni əvvəlcə qorxudurdular. Guya, bəzi futbolçular sabiq baş məşqçi Qurban Qurbanovu sevdiyinə görə, komandada qruplaşmalar yaranacaq. Konkret olaraq, bunu Türkiyənin “Kayserispor” klubunda çıxış etmiş mərkəz müdafiəçisi Rəşad Sadıqovla bağlayırdılar. Ancaq indi Rəşad mənim ən yaxşı oyunçumdur və aramızda heç bir anlaşılmazlıq yoxdur”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Rusiya mətbuatına müsahibəsində “Neftçi” klubunun çexiyalı baş məşqçisi Vlastimil Petrjela deyib. Bütün futbolçularının yüksək texnikaya malik olduğunu deyən V.Petrjela çox şeydən razı olmaqla yanaşı, mənfi cəhətlərə də toxunub: “2002-ci ilin qışında “Zenit”ə gələndə belə mənfi özəlliklərlə qarşılaşmışdım. Çoxlu tanımadığım adam komandanın ətrafında fırlanır, paltardəyişmə otağına gəlir. Belə olan halda, paltardəyişmə otağına qıfıl qoyulmalıdır. Artıq bu barədə bütün xahişlərimi yerinə yetirən vitse-prezident Ramin Musayevə demişəm”. V.Petrjela Q.Qurbanovun komandada qalmasını da münasibət bildirib: “Onun klubda idman direktoru postuna qoyulması da qəribədir. Amma əvvəllər onun xaricə - stajını artırmağa göndəriləcəyi deyilirdi”. Çexiyalı mütəxəssis “Neftçi”nin prezidenti Rövnəq Abdullayevdən razı qaldığını və mənzillə təmin edildiyini qeyd edib: “Yaxınlarda Abdullayev yaşayan evin yanında əla mənzilə köçmüşəm. Klub prezidenti ilə görüşüm zamanı mənə “Sənin üçün nə lazımdısa, onu da edəcəyik” söyləmişdi. Azərbaycanda adamlar çox diqqətlidirlər, bir şeyi istəyən kimi onu yerinə yetirməyə çalışırlar. Futbola münasibətdə də belədirlər. Bakını gözlədiyimdən artıq dərəcədə bəyəndim. Çoxlu tikintilər gedən Bakı inkişaf edir və 10 ildən sonra bura yeni Dubay olacaq. Azərbaycanda pul olsa da, onu xərcləmək haqda təsəvvürlər yoxdur. Öyrənmək həvəsinin olduğunu da görürəm. Hərçənd, hələ çox maneələri aşmaq lazımdır. Bizə yeni baza, məşq meydanı lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR