Bank Of Baku

“Neftçi” klubunun bütün futbolçuları 1000 dollar cərimələnib

“Neftçi” klubunun bütün futbolçuları 1000 dollar cərimələnib
# 08 oktyabr 2007 14:08 (UTC +04:00)
“Neftçi” klubunun rəhbərliyi VIII turda “Olimpik”lə görüşdə xal itkisinə görə futbolçuları cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, qolsuz bərabərliklə başa çatan həmin oyundan sonra futbolçular 1000 dollar cərimələnib: “Həmin matçda futbolçuların nümayiş etdirdiyi oyundan narazı qaldım. Rəqibdən fərqli, bizim futbolçular ürəklə oynamadılar. Mən gördüyümü deməliyəm. Bu, futbolçuların böyük əksəriyyətinə aiddir. Nəticədə hər birini 1000 dollar cərimələmişəm. Komandamızda 21 futbolçu var və cərimə hamısına şamil olunur. Yəni, “Olimpik”lə görüşdə meydana çıxmayan futbolçular, xəstə olub evdə yatan Nadir Nəbiyev, onurğa sütununda zədəsi olan Zaur Tağızadə də cərimələnib. Xəstə olanlar vaxtında müalicə olunub, komandaya kömək edərdilər”. R.Musayev bildirib ki, futbolçuların cərimələnməsində baş məşqçi Vlastimil Petrjelanın rolu olmayıb: “Futbolçuları cərimələmək mənim təşəbbüsüm olub. Petrjela futbolçuların cərimələnməsini istəmirdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR