Bank Of Baku

Vlastimil Petrjelanın Rusiya mətbuatına verdiyi müsahibəsi təhrif olunub

Vlastimil Petrjelanın Rusiya mətbuatına verdiyi müsahibəsi təhrif olunub
# 08 oktyabr 2007 14:55 (UTC +04:00)
“Vlastimil Petrjelanın Rusiya mətbuatına verdiyi müsahibəsi təhrif olunub”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. R.Musayevin sözlərinə görə, baş məşqçi V.Petrjela “Sport” agentliyinə müsahibəsində Q.Qurbanov haqda suala konkret bir cümlə ilə cavab verib: “Həmin müsahibə ilə fikir mübadiləsi aparmışıq. Petrjelanın dedikləri belə yazılıb: “Qurban Qurbanovun “Neftçi”də idman direktoru qoyulması da qəribədir. Hərçənd onun əvvəllər xaricə stajının artırmağa göndəriləcəyi söylənilirdi”. Belə bir fikir söyləmədiyini deyən V.Petrjela isə Qurbanovla bağlı suala konkret cavab verdiyini qeyd edir. Petrjelanın sözlərinə görə, ondan əvvəlki baş məşqçinin harada olduğunu soruşublar. Cavabında Qurbanın klubda idman direktoru vəzifəsində çalışdığını söyləyib”. R.Musayev müsahibədəki “Çoxlu tanımadığım adam komandanın ətrafında fırlanır, paltardəyişmə otağına gəlir. Belə olan halda, paltardəyişmə otağına qıfıl qoyulmalıdır. Artıq bunu bütün xahişlərimi yerinə yetirən “Neftçi”nin vitse-prezidenti Ramin Musayevə demişəm” fikirlərinə də münasibət bildirib. Vitse-prezidentin sözlərinə görə, çexiyalı məşqçi bu sözləri deyərkən, paltardəyişmə otağını yox, masaj otağını nəzərdə tutub: “Yəni, oyunun fasiləsində həmin otağa klubumuzun işçiləri, həkim, masajçı, hüquqşünas, mühafizə xidmətinin nümayəndəsi girir, çay içib, söhbət edirlər. Bu zaman oradan səs gəlir və bu, Petrjelanın fikirlərinin cəmləşməsinə maneçilik törədir. Baş məşqçi buna görə ora oyunun fasiləsində adam girmədiyini istəyir. Biz də gələcək oyunlarda baş məşqçimizin dediyi kimi edəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR