Bank Of Baku

Ağasəlim Mircavadov: “Babək Quliyevin bərbad hakimliyinə görə, bəzi futbolçularımız ağlayırdılar”

Ağasəlim Mircavadov: “Babək Quliyevin bərbad hakimliyinə görə, bəzi futbolçularımız ağlayırdılar”
# 08 oktyabr 2007 15:28 (UTC +04:00)
“Babək Quliyev “İnter” ilə oyunda bizə qarşı qərəzli hakimlik etməklə, qələbəni əlimizdən aldı. Bunu mən yox, oyunu izləyənlər də deyir. Hətta bununla bağlı xaricdən mənə zəng edənlər bərbad hakimliklə bağlı narazılıqlarını bildirdilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. “İnter”lə səfər görüşündə qeydə alınan 2:2 hesablı nəticəyə hakimliyin böyük təsir etdiyini vurğulayan A.Mircavadovun sözlərinə görə, rəqibin vurduğu ikinci qolda qayda pozuntusu var idi: “Yan xətt hakimlərindən narazılığım yoxdur. Ancaq onlardan fərqli, baş hakimin idarəçiliyi bərbad vəziyyətdə idi. Deyəcəklər ki, Mircavadov qələbə qazanmayıb deyə narazılığını bildirir. Ancaq məsələ ondadır ki, Babək Quliyevin bərbad hakimliyini tək mən yox, başqaları da deyir. “Xəzər-Lənkəran” qələbə qazananda, bunu hakimlərin köməyilə etməsi barədə fikirlər səslənir. Ancaq paytaxtda keçirdiyimiz oyunda hakimlik göz qabağında oldu. Buraxdığımız ikinci qol epizodunda rəqib qapıçımız Kamran Ağayevi tutub saxlamışdı. Bu, oyunun videoyazısında da aşkar görünür. Hakimin bu epizodda qayda pozuntusunu qeydə almamağı qapımıza vurulan ikinci qolla nəticələndi. Nəticədə üç yox, bir xal qazandıq. Bununla da hakim istədiyinə çatdı”. A.Mircavadov həmin qarşılaşmada “İnter”in qələbə qazanmağa daha layiq olması fikirlərilə razılaşmayıb: “Düzdür, “İnter”in oyunda çoxlu qol imkanları oldu. Ancaq qapıçımız inamlı çıxış etdi. Məsələ ondadır ki, hakimin əleyhimizə verdiyi qərarlar komandanın oyununa, futbolçularımızın psixoloji durumuna mənfi təsir göstərmişdi. Hakimliklə bağlı problem hələ ilk hissədə özünü göstərdi. Babək Quliyev 14-cü dəqiqədə artıq dörd futbolçumuza sarı vərəqə göstərmişdi. Mən fasilədə məyus olan futbolçularımızı sakitləşdirdim. Onların arasında belə hakimliyə görə hətta ağlayanlar var idi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR