Bank Of Baku

Asim Xudiyev Avstriya Cənubi Kipr görüşündə hakim-inspektor olacaq

Asim Xudiyev Avstriya  Cənubi Kipr görüşündə hakim-inspektor olacaq
# 08 oktyabr 2007 15:57 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə yeni təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, A.Xudiyev Avstriya və Cənubi Kiprin olimpiya yığma komandalarının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyununda hakim-inspektor olacaq. Oktyabrın 12-də Avstriyada keçiriləcək matçı xorvatiyalı hakimlər idarə edəcək. A.Xudiyevin idarəçiliyə qiymət verəcəyi hakimlər briqadasına Vlado Svilokos başçılıq edəcək. Ona həmyerliləri Sinişa Premuzaj, İqor Krmar və İqor Pristovnik yardımçı olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR