Bank Of Baku

Milli dərəcəli hakim Azad Mütəllimov cəzalanacaq

Milli dərəcəli hakim Azad Mütəllimov cəzalanacaq
# 08 oktyabr 2007 16:12 (UTC +04:00)
Milli dərəcəli hakim Azad Mütəllimov cəzalanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, A.Mütəllimovun hesabat turunda “Bakı” “Simurq” oyununda idarəçiliyi qeyri-kafi qiymətləndirilib. Matçın hakim-inspektoru Rüstəm Rəhimov A.Mütəllimovun idarəçiliyinə 4 bal verib ki, bu da ən aşağı qiymət sayılır. O, cari mövsümdə 4 qiymətini alan ikinci hakim olub. Belə ki, digər milli dərəcəli hakim Ceyhun Haşımov 2-ci turda “Turan” “Olimpik” görüşündə nəticəyə təsir edən səhvlərinə görə aşağı qiymət aldığın dan 5 oyunluq cəzaya məruz qalıb. Həmin oyunda C.Haşımova 4 qiymətini verən hakim-inspektor da Rüstəm Rəhimov olub.
Qeyd edək ki, “Bakı”nın idarəçiliyindən ciddi narazı olduğu A.Mütəllimov “Simurq”la görüşdə ikisi meydan sahibləri, biri qonaq komandadan olmaqla, üç futbolçuya qırmızı vərəqə göstərib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR