Bank Of Baku

“Standard” klubunun iki futbolçusu Moldova yığmasına çağırılıb

“Standard” klubunun iki futbolçusu Moldova yığmasına çağırılıb
# 09 oktyabr 2007 08:08 (UTC +04:00)
Bakının “Standard” klubunun iki futbolçusu Moldova yığmasına çağırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, hücumçu Anatoli Doroşun ardınca müdafiəçi Dan Pisla da Avropa çempionatının seçmə mərhələ oyunlarına dəvət alıb. Ancaq komanda yoldaşından fərqli, D.Pisla ölkəsinin olimpiya yığmasının şərəfini qoruyacaq. Sumqayıtın “Gəncləribirliyi” klubunun sabiq çalışdırıcısı, hazırda Moldova olimpiya yığmasının sükanı arxasında olan İliye Karp “Standard”ın müdafiəçisini Lüksemburq və Almaniya ilə oyunlara çağırıb. Moldovanın olimpiya yığması oktyabrın 13-də və 16-da bu rəqiblərlə səfərdə görüşəcək. İ.Karp sentyabrın 11-də olimpiya yığmasının sükanı arxasında rəsmi debütünü İsrail üzərində 1:0 hesablı qələbə ilə qeyd etdiyi görüşdə D.Pislaya sona 18 dəqiqə qalmış şans verib. A.Doroşla D.Pisla yığma komandalarının hazırlığına qatılmaq məqsədilə artıq vətənlərinə yollanıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR