Bank Of Baku

Azərbaycan yığması Hollandiyaya uduzub

Azərbaycan yığması Hollandiyaya uduzub
# 09 oktyabr 2007 08:14 (UTC +04:00)
Azərbaycanın 17 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandası (U-17) Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci qrupda yer alan yığmamız Polşanın Zaverçi şəhərinin OSİR stadionunda Hollandiya ilə qarşılaşıb. Şamil Heydərovun yetirmələri rəqib komandanın hücumları önündə 33 dəqiqə tab gətiriblər. Ərazi üstünlüyə malik olan hollandiyalılar Vaniti Leverisanın qolu sayəsində hesabı açıblar. Fasilədən dərhal sonra Hollandiya yığması daha bir qol vurub. Bu dəfə Siri Vorm fərqlənib. Beləliklə, beynəlxalq miqyaslı yarışlarda debüt edən U-17 0:2 hesablı məğlubiyyətlə üzləşib. Qrupda keçirilən digər matçda Polşa Yunanıstana böyük hesabla qalib gəlib 4:0. Yeniyetmə futbolçularımız sabah polşalı həmyaşıdları ilə qüvvələrini sınayacaqlar. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Milli komandamız seçmə mərhələdə çıxışına oktyabrın 13-də Yunanıstana qarşı keçiriləcək matçla yekun vuracaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR