Bank Of Baku

“Bakı” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yaranıb

“Bakı” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yaranıb
# 09 oktyabr 2007 08:26 (UTC +04:00)
“Bakı” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu haqda “APA-Sport” agentliyinə 49 yaşlı mütəxəssisin özü məlumat verib. Sinir sistemindəki ağrılardan şikayətlənən B.Hacıyevin sözlərinə görə, bu problem artıq gözünə də təsir edib: “Baş məşqçilik fəaliyyətim dövründə çox əsəbiləşdim. Artıq sinir sistemimdəki ağrılar sol gözümə vurub. Hazırda yerli həkimlər müalicəmlə məşğuldurlar”. Məşqçi müalicəsini Rusiyanın paytaxtı Moskvada davam etdirməsinin mümkünlüyünü də vurğulayıb. B.Hacıyev bildirib ki, hər şey Bakıda onu müayinə edən həkimlərin rəyindən asılı olacaq: “Mənə elə gəlir ki, oktyabrın 10-da hər şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, B.Hacıyev “Bakı” klubundan sentyabrın 1-də ayrılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR