Bank Of Baku

Ağasəlim Mircavadov: “Ceyhun Sultanovu çoxdan milli komandanın heyətindən azad etmək lazım idi”

Ağasəlim Mircavadov: “Ceyhun Sultanovu çoxdan milli komandanın heyətindən azad etmək lazım idi”
# 09 oktyabr 2007 08:47 (UTC +04:00)
“Ceyhun Sultanovun milli komandanın heyətindən azad edilməsini doğru addım sayıram. Bunu çoxdan etmək lazım idi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. C.Sultanovun istirahətə ehtiyacı olduğunu vurğulayan A.Mircavadovun sözlərinə görə, futbolçunun ailəsində bədbəxt hadisə baş verdiyindən, psixoloji durumu qaydasında deyil: “O, ardıcıl iki faciə ilə üzləşdi. Əvvəl qardaşı, daha sonra atası dünyasını dəyişdi. Bütün bunlar Sultanovun psixoloji durumunu gərginləşdirdiyindən, həmin vaxt onun milli komandadan azad edilməsinin zəruriliyini qeyd etmişdim. Ceyhunun şəhərdən kənarda bir həftə istirahətə ehtiyacı var. Mən ona bu imkanı yaradacağam”. Azərbaycan yığmasının Portuqaliya və Serbiya ilə Bakıdakı oyunlarına çağırılan C.Sultanov hazırlığın ilk günündə heyətdən azad edilib. Milli komandanın baş məşqçisi Şahin Diniyev onun fiziki yorğunluğunu, səhhətini və psixoloji gərginliyini nəzərə alaraq, bu addımı atıb. Martda qardaşı dünyasını dəyişdiyindən Polşa və Finlandiya ilə görüşlərə çağırılmayan C.Sultanov iyunda Bakıda Polşaya qarşı oyunda cəzalı olduğu üçün iştirak etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR