Bank Of Baku

Vlastimil Petrjela Çexiyaya qayıtdı

Vlastimil Petrjela Çexiyaya qayıtdı
# 09 oktyabr 2007 08:58 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela Azərbaycanı tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, çexiyalı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar Azərbaycan çempionatında yaranan fasilədən istifadə edərək, vətəninə yollanıb. Çexiyada beş gün qalacaq V.Petrjela oktyabrın 14-də Bakıya qayıdacaq. Milli çempionatımızda növbəti turun oyunları oktyabrın 27-də və 28-də keçirilsə də, bundan 3-4 gün öncə ölkə kuboku uğrunda 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək. “Neftçi” bu matçlaradək oktyabrın 20-də “Bakı” ilə 6-cı turdan təxirə salınmış oyuna çıxacaq. Qeyd edək ki, sentyabrın 23-də keçirilməli olan “Bakı” “Neftçi” görüşü müğənni Elton Conun Tofiq Bəhramov adına Respublika stadionunda konsertinin keçirilməsi ilə əlaqədar təxirə salınıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR