Bank Of Baku

Portuqaliya yığmasını Azərbaycanla oyuna Flavio Murtoza çıxaracaq

Portuqaliya yığmasını Azərbaycanla oyuna Flavio Murtoza çıxaracaq
# 09 oktyabr 2007 09:08 (UTC +04:00)
Portuqaliya yığması oktyabrın 13-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycana qarşı keçiriləcək oyuna Flavio Murtozanın rəhbərliyi altında çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Portuqaliya mətbuatına müsahibəsində Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Jilberto Madail deyib. J.Madail milli komandanın baş məşqçi Luis Felipe Skolarinin köməkçisi Flavio Murtozaya tapşırılmasını obyektiv səbəblərlə əlaqələndirib: “UEFA Skolarini 3 oyunluq cəzalandırdığı üçün yığmanı Murtozaya həvalə etmişik”. FPF prezidenti vurğulayıb ki, L.F.Skolarinin son hərəkəti ilə bağlı oktyabrın 19-da qərar çıxarılacaq: “Biz Skolari ilə əlaqədar Azərbaycan və Qazaxıstana səfərimizdən sonra iclas keçirəcəyik. Bu, mənim şəxsi təşəbbüsüm deyil. İclas keçirməyi İdarə Heyətinin 9 üzvü yekdilliklə təklif edib. Həmin toplantıda heç bir qeyri-adilik axtarmaq lazım deyil. Bu, rəhbərlə işçi arasında bir görüş olacaq”. J.Madail, həmçinin bildirib ki, Portuqaliya yığmasının Azərbaycan və Qazaxıstan göstərəcəyi nəticə baş məşqçi ilə bağlı qərara təsir göstərməyəcək: “Skolari barəsində ölçü götürəcəyik. Ancaq Azərbaycan və Qazaxıstanla matçların nəticəsi bu qərarımıza təsir etməyəcək”. Qeyd edək ki, L.F.Skolari sentyabrın 12-də Lissabonda Serbiya ilə keçirilmiş görüşdə rəqib komandanın üzvü İvitsa Draqutinoviçə fiziki zərbə endirmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR