Bank Of Baku

Azərbaycan Portuqaliya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan  Portuqaliya oyununun biletləri satışa çıxarılıb
# 09 oktyabr 2007 09:54 (UTC +04:00)
Azərbaycan və Portuqaliya milli komandaları arasında oktyabrın 13-də Avropa çempionatın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunun biletləri satışa çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya 27 min bilet sifariş olunub. Ən ucuz biletlər 1-4 və 25-28-ci sektorlara satılır (1 manat). 5-7 və 22-24-cü sektorlara bir biletin qiyməti 2 manata bərabərdir. Bundan iki dəfə baha biletlər isə 8-12 və 17-21-ci sektorlara nəzərdə tutulub. 13-cü və 16-cı sektorlar üçün biletlər 8 manatadır. Stadionunun mərkəzi tribunaları - 14 və 15-ci sektorlara biletlərin qiymətləri 8-10 manat arasında dəyişəcək. VİP sektoru üçün 88 biletin hər biri 50 manat dəyərindədir. Azərbaycan Portuqaliya matçının 20 min bileti bu gün Respublika stadionunun kassalarında satışa çıxarılıb. Qalan biletlər AFFA tərəfindən idarə, müəssisələrə paylanılıb. Bundan başqa, VİP biletlərinin satışı assosiasiyanın ofisində təşkil edilib. Bu oyunla yanaşı, Azərbaycan Serbiya görüşünün də biletləri hazırdır. Həmin biletlərin oktyabrın 11-də satışa çıxarılması planlaşdırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR