Bank Of Baku

Azərbaycanın 20 rayonunda futbol həftəsi keçiriləcək

Azərbaycanın 20 rayonunda futbol həftəsi keçiriləcək
# 09 oktyabr 2007 10:51 (UTC +04:00)
Oktyabrda Azərbaycanın 20 rayonunda futbol həftəsi keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev məlumat verib. Onun sözlərinə görə, bu tədbirlərin təşkili “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarından irəli gəlir. Tədbirlər öncə Bakı, Astara, Lənkəran, Masallı, Cəlilabad, Əli-Bayramlı, Qəbələ, Gəncə və Mingəçevirdə baş tutacaq. Bu rayonların bütün kəndlərində futbolun kütləviləşdirilməsi məqsədi ilə 3 yaş qrupu üzrə - 15 yaşınadək, 15-25 yaşlılar və 25 yaşdan yuxarılar müxtəlif yarışlar olacaq. Oktyabrın 15-də start götürəcək yarışlar oktyabrın 21-də rayon mərkəzlərində təntənəli şəkildə yekunlaşacaq. N.Xasıyev bildirib ki, futbol həftəsinə aid növbəti tədbirlər 11 rayonu əhatə edəcək. Belə ki, Biləsuvar, Qazax, Yevlax, Tovuz, Şəki, Qax, Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Şəmkirdə də analoji yarışlar təşkil olunacaq. N.Xasıyev futbol həftəsinin bu ilin sonunadək ölkəmizin əksər rayonlarında keçiriləcəyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR