Bank Of Baku

Şahin Diniyev: “Yığma komandada hazırkı durum ürəkaçan deyil”

Şahin Diniyev: “Yığma komandada hazırkı durum ürəkaçan deyil”
# 09 oktyabr 2007 11:25 (UTC +04:00)
“Emin Quliyev, Samir Əliyev və Aleksandr Çertoqanovun zədəsi ciddi olmasaydı, məşqlərdə iştirak edərdilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev milli komandanın həkimlər korpusunun futbolçuların müalicəsi ilə ciddi məşğul olduğunu söyləyib: “Həkimlər Emin, Samir və Aleksandrı tez sağaltmağa çalışırlar. Onlar zədəli futbolçuları sabah ayağa qaldırıb, məşqlərdə iştirak edə biləcəklərinə söz veriblər. Onsuz da hazırlıq üçün vaxt azdır və əsas futbolçularımızın məcburiyyətdən məşqləri buraxması, sonradan hazırlığa qatılması problemdir. Millinin hazırkı durumu ürəkaçan olmasa da, hər halda, ciddi narahatçılıq da doğurmur”. Oyun qurucusu Ceyhun Sultanovun psixoloji gərginliyini, səhhətini və fiziki yorğunluğunu nəzərə alaraq, heyətdən azad edən Ş.Diniyev Portuqaliya və Serbiya ilə oyunlara 19 futbolçu ilə hazırlaşmaq fikrindədir. Baş məşqçi hazırlığa yeni futbolçunu cəlb etməyi məqsədəuyğun saymadığını qeyd edib: “Artıq işə başladığımızdan, yeni futbolçuya ehtiyac yoxdur. Bir yox, bir neçə futbolçu müxtəlif səbəblərdən heyətdən kənarda qalsaydı, onda yaranan boşluqları doldurmaq üçün yeni oyunçular çağırmaq olardı. Zədəlilərin tez sağalmasını gözləyirəm”. Ş.Diniyev C.Sultanovun itkisini aradan qaldırmağa çalışdığını bildirib: “Ceyhunun yoxluğunda onun mövqeyində çıxış edən futbolçunu hələ dəqiqləşdirməmişəm. Bu, hazırlıq prosesində müxtəlif variantları nəzərdən keçirdikdən sonra müəyyənləşəcək”.
Qeyd edək ki, C.Sultanovun cəza səbəbindən iştirak etmədiyi Polşa ilə Bakıdakı görüşdə milli komandada oyun qurucusu funksiyasını “Xəzər-Lənkəran”ın üzvü Alim Qurbanov yerinə yetirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR