Bank Of Baku

AFFA “Xəzər-Lənkəran” klubunu 7 min manat cərimələyib

AFFA “Xəzər-Lənkəran” klubunu 7 min manat cərimələyib
# 09 oktyabr 2007 12:52 (UTC +04:00)
AFFA “Xəzər-Lənkəran” klubuna 7000 manat məbləğində cərimə kəsib. Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında “Xəzər-Lənkəran” son turda “İnter”lə “Şəfa” stadionunda keçirilən oyuna görə ağır cəzaya məruz qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın nümayəndəsi oyun sonrası mətbuat konfransında iştirak etmədiyi üçün 2000 manat cərimə kəsilib. “Xəzər-Lənkəran” rəsmi nümayəndəsi Vüsal Cəlilov oyun bitdikdən sonra meydana daxil olaraq, baş hakim Babək Quliyevi təhqir etdiyindən, bundan iki dəfə çox cərimələnib. Lənkəranlılar 6 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat xərcə düşəcək. “Xəzər-Lənkəran”ın futbolçuları tərəfindən paltardəyişmə otağının qapısının bir hissəsi sındırıldığı üçün klub rəhbərliyi ziyanı ödəməlidir. Matçın 78-ci dəqiqəsində meydana kənar əşyalar atıldığına görə isə “İnter” 2000 manat cərimə ödəməlidir. Buna da səbəb “İnter”in oyunda meydan sahibi olmasıdır. Ümumilikdə isə, bu oyunda baş verənlərə görə, 9000 manat məbləğində cərimə kəsilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR