Bank Of Baku

Portuqaliya yığmasının futbolçularını Azərbaycanla görüşə qaçqın uşaqlar çıxaracaqlar

Portuqaliya yığmasının futbolçularını Azərbaycanla görüşə qaçqın uşaqlar çıxaracaqlar
# 09 oktyabr 2007 14:34 (UTC +04:00)
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının futbolçularını meydana qaçqın uşaqlar çıxaracaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda qərarı AFFA rəhbərliyi qəbul edib. Federasiya rəsmiləri bununla Portuqaliya kimi tanınmış futbol ölkəsindən gəlmiş nümayəndələrin diqqətini Azərbaycan torpaqlarının işğal altında olmasını və bir milyonadək qaçqın və köçkünün yer aldığını nümayiş etdirmək məqsədini güdüb. Yığmamızın futbolçularının əlindən isə Bakı şəhərinin uşaq evlərindəki kimsəsiz uşaqlar tutacaqlar.
Qeyd edək ki, Azərbaycan Portuqaliya matçı saat 21:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR