Bank Of Baku

ABN klubunun baş məşqçisi Faiq Cabbarov istefaya göndərilib

ABN klubunun baş məşqçisi Faiq Cabbarov istefaya göndərilib
# 09 oktyabr 2007 14:56 (UTC +04:00)
Futbol üzrə XVI milli çempionatının debütantı Bərdənin ABN klubunun baş məşqçisi Faiq Cabbarov istefaya göndərilib. “APA-Sport” agentliyinin məlumatına görə, buna komandanın ölkə birinciliyində uğursuz çıxışı səbəb olub. Klub rəhbərliyi uğursuzluqda baş məşqçini günahkar sayaraq, onunla yolları ayırıb. ABN-i birinci dövrənin sonunadək komandanın rəisi Əli Quliyev çalışdıracaq. F.Cabbarov bir neçə ay əvvəl Bərdə təmsilçisi ilə müqavilə bağlamışdı. Onun rəhbərliyi altında 8 oyuna çıxmış ABN cəmi 3 xal toplayıb. Milli çempionatda qələbə üzünə həsrət qalan bərdəlilər turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.
Xatırladaq ki, bu, cari mövsümdə 3-cü məşqçi istefası olub. Bundan əvvəl Qurban Qurbanov (“Neftçi”) və Böyükağa Hacıyev (“Baklı”) tutduğu vəzifədən azad edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR