Bank Of Baku

FİFA Azərbaycan yığmasının “Şəfa” stadionunda oyun keçirməsinə icazə verməyib

FİFA Azərbaycan yığmasının “Şəfa” stadionunda oyun keçirməsinə icazə verməyib
# 09 oktyabr 2007 16:13 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan olimpiya yığmasının Albaniya ilə Bakıdakı görüşünün “Şəfa” stadionunda keçirilməsinə icazə verməyib. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, albanlarla görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq: “Bu qarşılaşmanı “Şəfa” stadionda keçirmək istəyirdik. Ancaq orada ot örtüyü yeniləşdikdən sonra stadionun beynəlxalq səviyyədə qəbul olunmasına vaxtımız çatmadı. FİFA öz nümayəndələrini Bakıya göndərməli və onlar “Şəfa”nın hazırkı durumu, stadionun ot örtüyü ilə tanış olub, rəylərini verməlidir. Məhz ali qurumun verdiyi sertifikat əsasında həmin məkanda beynəlxalq səviyyəli oyunlar keçirmək olar. Olimpiya yığmamızın sonrakı ev oyunlarını “Şəfa”da keçirmək fikrindəyik və həmin vaxtadək sertifikat alacağıq”.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək Azərbaycan Albaniya saat 15:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR