Bank Of Baku

Qurban Qurbanov İtaliyaya yollanır

Qurban Qurbanov İtaliyaya yollanır
# 09 oktyabr 2007 16:28 (UTC +04:00)
“Neftçi” klubunun sabiq baş məşqçisi Qurban Qurbanov İtaliyaya səfərə hazırlaşır. Bu haqda “APA-Sport” agentliyinə Qurban Qurbanovun özü məlumat verib. Hazırda “Neftçi” klubunda idman direktoru vəzifəsində çalışan 35 yaşlı mütəxəssis səfərinin səmərəli olacağını vurğulayıb: “Klub rəhbərliyinin dəstəyi sayəsində İtaliyaya uzunmüddətli səfərim reallaşacaq. Səfərim həm staj artırma, həm də klubumuzun idman məktəbinin oradakı futbol akademiyası ilə sıx əlaqəsinin yaradılması məqsədi daşıyır. Bununla bağlı italiyalı mütəxəssislərlə danışıqlar aparırıq. Onların da Bakıya gəlişi nəzərdə tutulub. Peruca, Askoli şəhərlərində olacağam. Oradakı futbol akademiyası ilə əməkdaşlıqla bağlı sıx əlaqələr yaratmağa çalışacağam”. İtaliyaya səfərinin uzunmüddətli olduğunu vurğulayan Q.Qurbanov artıq bilet sifariş etdiyini bildirib: “Oktyabrın 19-da Bakı-Milan-Askoli reysinə bilet bron etmişəm. Hazırda viza məsələsinin həlli ilə məşğulam. Vizanı həmin vaxtadək ala bilməsəm, İtaliyaya bir həftə sonra yollanacağam. İtaliyada olduğum müddətdə A seriyasının oyunlarını da izləyəcəyəm. Orada iki ay qaldıqdan sonra Bakıya qayıdacağam. Bir ay Bakıda qaldıqdan sonra yenidən İtaliyaya 2-3 aylıq səfərim nəzərdə tutulub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR