Bank Of Baku

FİFA və UEFA prezidentləri Bakıya İrəvandan gələcəklər

FİFA və UEFA prezidentləri Bakıya İrəvandan gələcəklər
# 10 oktyabr 2007 08:21 (UTC +04:00)
FİFA prezidenti Yozef Blatter və UEFA başçısı Mişel Platini oktyabrın 15-də Ermənistana səfərə yollanacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, iki günlük səfər Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın dəvəti əsasında reallaşacaq. Y.Blatterlə M.Platini oktyabrın 16-da Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sərkisyanla görüşəcəklər. Elə həmin gün FİFA və UEFA rəhbərləri R.Ayrapetyanın müşayiəti ilə “Milli yığma komandaların Uşaq-Gənclər İdman-İnternat Məktəbi Texniki Mərkəzi”nin təməl qoyma mərasiminə qatılacaqlar. Sonra onlar “Banants” klubunun FİFA-nın “Goal” proqramı çərçivəsində təmir olunmuş uşaq-gənclər futbol məktəbinə baş çəkəcəklər. Məhz bundan sonra FİFA və UEFA prezidentləri Bakıya səfər edəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR