Bank Of Baku

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib
# 10 oktyabr 2007 08:48 (UTC +04:00)
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev “Olimpik” klubunun 23 yaşlı müdafiəçisi Elvin Əliyevi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Portuqaliya və Serbiya ilə Bakıda keçiriləcək oyunlara dəvət edib. “Xəzər-Lənkəran” klubunun üzvü Ceyhun Sultanov səhhətindəki problemlərə görə yığmanın heyətindən kənarlaşdırıldıqdan sonra Ş.Diniyevin sərəncamında 19 futbolçu qalmışdı. UEFA-ya göndərilən iştirak ərizəsində ehtiyat futbolçu kimi göstərilən E.Əliyevin hazırlığa cəlb olunması ilə millinin heyətində yenidən 20 futbolçu olacaq.
Qeyd edək ki, milli komandaya Polşa və Qazaxıstanla oyunlar zamanı dəvət edilən E.Əliyev Tacikistanla avqustun 22-də səfərdə keçirilən yoldaşlıq görüşündə debüt edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR