Bank Of Baku

Azərbaycanın futbol veteranları prezident İlham Əliyevə müraciət ediblər

Azərbaycanın futbol veteranları prezident İlham Əliyevə müraciət ediblər
# 10 oktyabr 2007 10:36 (UTC +04:00)
Azərbaycanın bir qrup futbol veteranı və hakimi dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə müraciət edib. “APA-Sport” agentliyinin məlumatına görə, müraciətdə dörd il öncə dünyasını dəyişmiş beynəlxalq dərəcəli hakim Eldar Əzimzadənin Montin qəsəbəsindəki məzarının II Fəxri Xiyabana köçürülməsi üçün əlaqədar təşkilatlara göstəriş verməsi xahiş olunub. Səbəb kimi Azərbaycanın Fəxri idman işçisi və əməkdar məşqçisinin dəfn edildiyi qəbiristanlığın ərazisində tikinti işlərinin aparılması göstərilib. Müraciət müəllifləri keçmiş SSRİ-nin 3 dəfə ən yaxşı hakimi seçilmiş və 1980-ci il Yay Olimpiya Oyunlarında final matçını idarə etmiş E.Əzimzadənin II Fəxri Xiyabanda dəfninin reallaşmasını futbol veteranlarına diqqətin bariz nümunəsi olacağını vurğulayıblar. Sənədə Oqtay Abdullayev, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mübariz Zeynalov, Yaşar Babayev, Valeri Hacıyev, Toğrul Hacıyev, Çingiz İsmayılov, Səməd Qurbanov, Füzuli Cavadov, Səmədağa Şıxlarov, Rafiq Mirzəyev, Şakir Qəribov, Əsgər Abdullayev, Asif Əliyev, Ağasəlim Mircavadov, Təbriz Həsənov, Şamil Məmmədov, Orucəli Durmuşov, Tahir Süleymanov, Xaqani Məmmədov, Asim Xudiyev, Zöhrab Qədiyev, Fariz Yusifov, İmanxan Sultani, Əhməd Cabbarov və Gülağa Cabbarov imza atıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR