Bank Of Baku

Azərbaycan Portuqaliya görüşünü 30 yaşlı hakim idarə edəcək

Azərbaycan  Portuqaliya görüşünü 30 yaşlı hakim idarə edəcək
# 10 oktyabr 2007 11:51 (UTC +04:00)
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya görüşünün hakimləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək bu matç xorvatiyalı beynəlxalq dərəcəli hakim İvan Bebekə həvalə edilib. 2003-cü ildən FİFA hakimi olan 30 yaşlı İ.Bebekə həmyerliləri Tomislav Petroviç və Tomislav Şetka kömək edəcək. Görüşün dördüncü hakimi Drajenko Kovaçiç olacaq. Şander Pul (Macarıstan) Bakıya oyunun hakim-inspektoru, İvan Lekov (Bolqarıstan) isə UEFA nümayəndəsi kimi gələcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR