Bank Of Baku

Portuqaliya yığması “Şəfa” stadionunda məşqə çıxmaqdan imtina edib

Portuqaliya yığması “Şəfa” stadionunda məşqə çıxmaqdan imtina edib
# 10 oktyabr 2007 12:59 (UTC +04:00)
Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsindəki növbəti rəqibi Portuqaliya yığmasının Bakıda məşq keçəcəyi stadionlar dəyişdirilib. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, stadion dəyişikliyi portuqaliyalıların istəyi ilə həyata keçirilib. B.Əsgərov bildirib ki, Portuqaliya milli komandası paytaxtımızda ilk və son məşqinə “Şəfa”da deyil, Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionunda çıxacaq: “Portuqaliyalılar özləri belə istədilər. Dünən Portuqaliya Futbol Federasiyasının 4 nümayəndəsi Bakıya gəlib. Onlara Tofiq Bəhramov adına Respublika stadionu ilə yanaşı, ehtiyat variant kimi “Şəfa”, İsmət Qayıbov adına Bakıxanov qəsəbə və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu təklif etmişdik. Hər 3 stadionu gəzdikdən sonra onlar Sumqayıt stadionunu seçdilər“. Qeyd edək ki, öncə AFFA Portuqaliya komandasının iki məşqini “Şəfa”da keçəcəyi barədə məlumat yaymışdı. Luis Felipe Skolari Bakıda öz yetirmələrinə ilk məşqi sabah saat 16:00-da keçəcək. Oktyabrın 12-də eyni saatda Tofiq Bəhramov adına Respublika stadionu portuqaliyalıların ixtiyarına veriləcək. Pireney yarımadası təmsilçiləri Azərbaycanla görüşdən sonra iki gün paytaxtımızda qalaraq, Qazaxıstanla oyuna hazırlaşacaqlar. Portuqaliya yığması oktyabrın 14-də saat 16:00-da da Respublika stadionunda məşq edəcək. Onların son məşqi oktyabrın 15-i saat 09:00-da Sumqayıt stadionuna təyin olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR