Bank Of Baku

Azad Mütəllimov: “Səhvlərimin olduğunu inkar etmirəm”

Azad Mütəllimov: “Səhvlərimin olduğunu inkar etmirəm”
# 10 oktyabr 2007 13:57 (UTC +04:00)
“Haqqımda çıxarılan cəza qərarı ilə barışıramsa, deməli, səhvlərimin olduğunu inkar etmirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli dərəcəli hakim Azad Mütəllimov deyib. XV milli çempionatın VIII turunda “Bakı” “Simurq” (1:1) görüşündəki idarəçiliyinə görə, AFFA Hakimlər Komitəsinin qərarı ilə beş oyunluq cəzalandırılan A.Mütəllimov bildirib ki, buraxdığı səhvlər bilərəkdən olmayıb: “Görüşün videoyazısını izləyəndə, bəzi epizodlarda səhvlərimin olduğunu gördüm. Meydanda qərar ani anda verilir deyə, düşünməyə çox vaxt olmur. Ancaq oyunu izləyib epizoda təkrar-təkrar baxanda vəziyyət fərqli olur. Buraxdığım səhvlərdə matçın gərginliyinin böyük olması da öz sözünü dedi”. A.Mütəllimovun idarəçiliyi ilə bağlı AFFA-ya rəsmi şikayət edən “Bakı” klubunun qələbə qazanmamağında hakimin böyük təsirinin olduğunu qeyd edib. Ancaq A.Mütəllimov bununla razılaşmayıb: “Oyunda səhvlər buraxsam da, bunlar qərəzli olmayıb. “Bakı”ya qarşı qərəzli münasibətim yoxdur. İdarəçiliyim də qərəzli deyildi. Sadəcə, səhvlər texniki cəhətdən olub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR