Bank Of Baku

Portuqaliya Futbol Federasiyasının mühafizə xidmətinin rəisi Azərbaycanda futbolçuların təhlükəsizliyinə nəzarət edəcək

Portuqaliya Futbol Federasiyasının mühafizə xidmətinin rəisi Azərbaycanda futbolçuların təhlükəsizliyinə nəzarət edəcək
# 10 oktyabr 2007 15:14 (UTC +04:00)
Oktyabrın 13-də Azərbaycan yığması ilə qarşılaşacaq Portuqaliya milli komandasının üzvlərinin təhlükəsizliyi xüsusi olaraq qorunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Bakıya gələn portuqaliyalılar Heydər Əliyev Beynəlxalq Hava Limanının çıxışında onları gözləyən avtobusa xüsusi tunel vasitəsilə qalxacaqlar. Bu məqsədlə Portuqaliya Futbol Federasiyasının mühafizə xidmətinin rəisi və 3 əməkdaşı da Bakıya gəlib. Luis Felipe Skolarinin yetirmələrinin sabah 16:00-da Sumqayıt şəhərinin Mehdi Hüseynzadə adına stadionda keçiriləcək məşqi də qapalı olacaq. Qonaq futbolçuların məşqi zamanı təhlükəsizliyini şəhər polis idarəsinin 40 əməkdaşı qoruyacaq. Portuqaliya millisinin növbəti üç məşqinin də qapalı şəraitdə keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, portuqaliyalılar Bakıya 52 nəfərdən ibarət nümayəndə heyətilə gələcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR