Bank Of Baku

Luis Felipe Skolari sabah “Hyatt Regency” otelində mətbuat konfransı keçirəcək

Luis Felipe Skolari sabah “Hyatt Regency” otelində mətbuat konfransı keçirəcək
# 10 oktyabr 2007 16:06 (UTC +04:00)
Portuqaliya milli komandası Bakıda olduğu müddətdə üç dəfə mətbuat konfransı təşkil edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ilk mətbuat konfransı sabah qonaq komandanın qaldığı “Hyatt Regency” otelində keçiriləcək. Saat 14:00-da başlanacaq tədbirdə Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari və komandanın bir neçə oyunçusu jurnalistlərin suallarını cavablandıracaqlar. Media ilə növbəti görüş Azərbaycan millisi ilə Avropa çempionatının seçmə qrup oyunundan bir gün öncə - oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında olacaq. Tədbir saat 15:00-da olacaq və başa çatdıqdan sonra portuqaliyalılar görüşün keçiriləcəyi arenada məşqə çıxacaqlar. Sonuncu mətbuat konfransı isə oktyabrın 13-də saat 21:00-da başlanacaq Azərbaycan Portuqaliya matçından sonra təşkil ediləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR