Bank Of Baku

Luis Felipe Skolari Bakıya iki aşpaz gətirib

Luis Felipe Skolari Bakıya iki aşpaz gətirib
# 11 oktyabr 2007 07:29 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanla görüşə gələn Portuqaliya millisi Bakıya iki aşpaz da gətirib. “APA-Sport” agentliyinin məlumatına görə, portuqaliyalı futbolçular ölkəmizdə qaldığı beş gün müddətində yalnız öz aşpazlarının hazırladığı xörəklərdən yeyəcəklər. Bu təşəbbüslə milli komandanın braziliyalı baş məşqçi Luis Felipe Skolari çıxış edib. O, yığma üzvlərinin daha kalorili xörəklər dadması üçün bu fikrə düşüb. Bu, Bakıda rast gəlinən birinci hal deyil. Belə ki, iyunda ölkəmizə gələn Polşa yığma komandasının heyətində də aşpaz yer almışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR