Bank Of Baku

Şakir Qəribov: “Yoxlama oyunlarında qeydə alınan nəticələr, adətən aldadıcı olur”

Şakir Qəribov: “Yoxlama oyunlarında qeydə alınan nəticələr, adətən aldadıcı olur”
# 11 oktyabr 2007 09:16 (UTC +04:00)
“Yoxlama oyunlarında qeydə alınan nəticələr, adətən aldadıcı olur. Azərbaycan milli komandasını məğlub etmək arxayınlaşmağa əsas vermir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan olimpiya yığmasının baş məşqçisi Şakir Qəribov deyib. Ş.Qəribovun sözlərinə görə, əsas milli komanda üzərində qeydə alınan qələbə 2:1 hesablı qələbə hələ heç nə demək deyil: “Milli komanda ilə yoxlama oyununda qazanılan qələbə böyük istəyin nəticəsi idi. Bu, sadəcə bir sınaq matçı idi. Hər iki baş məşqçi taktiki sxemləri nəzərdə keçirmək məqsədi güdürdü. İki fərqli heyətlə oynayıb, bütün futbolçuların hazırlıq durumu ilə tanış olduq. Zəif, çatışmayan cəhətləri gördük”. Avropa çempionatının cari seçmə mərhələsində keçirdiyi hər üç oyunda məğlub olan olimpiya yığmamız xal hesabını Farer adaları ilə səfər, Albaniya ilə Bakıdakı görüşdə açmaq fikrindədir: “Komandada hazırkı durum qənaətbəxşdir. Qarşıdakı oyunlarda xal qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Qələbə qazanmağı çox istəsək də, öz qapımızın toxunulmazlığına diqqət yetirməliyik. Əsas məqsədimiz qol buraxmamaq olacaq. Bunu reallaşdırmaqla, əlimizə qol imkanlarından yararlanmaq fikrindəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR