Bank Of Baku

Azərbaycan yığması Portuqaliya və Serbiya ilə oyunlarda xal qazana bilməyəcək

Azərbaycan yığması Portuqaliya və Serbiya ilə oyunlarda xal qazana bilməyəcək
# 11 oktyabr 2007 10:39 (UTC +04:00)
Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi növbəti iki matçda xal qazana bilməyəcək. “APA-Sport” agentliyinin İnternet saytında aparılan sorğunun nəticəsi belə olub. On gün ərzində 387 nəfər saytımızı ziyarət edərək, “Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Portuqaliya, bundan 4 gün sonra isə Serbiyaya qarşı Bakıda keçirəcəyi oyunlarda neçə xal toplayacaq” sualını cavablandırıb. Respondentlərin 31 faizi (120 nəfər) futbolçularımızın hər iki matçda məğlubiyyətlə üzləşəcəyini bildirib. 81 nəfər (21 faiz) oyunlardan birinin heç-heçə başa çatacağını inanır. Hər iki oyunda bərabərlik qeydə alınacağını düşünənlərin sayı 65 nəfərə bərabərdir. Sorğuya qatılanların 53 nəfərinin fikrincə, yığmamız 2 qarşılaşmada hesabına 3 xal əlavə edəcək. Şahin Diniyevin yetirmələrinin uduzmayacağını, ümumilikdə 4 xal toplayacağı variantını respondentlərin 11 faizi, yəni 43 nəfər dəstəkləyib. Eyni zamanda, müsabiqəyə maksimalist insanlar da qatılıblar. Belə ki, 25 nəfər (7 faiz) həm Portuqaliya, həm də Serbiyanı üstələyəcəyimiz qənaətindədir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR