Bank Of Baku

Rikardu: “Biz Azərbaycan yığmasından çəkinmirik, qorxmuruq, sadəcə, rəqib kimi böyük hörmət edirik”

Rikardu: “Biz Azərbaycan yığmasından çəkinmirik, qorxmuruq, sadəcə, rəqib kimi böyük hörmət edirik”
# 11 oktyabr 2007 11:35 (UTC +04:00)
“Azərbaycan yığması ilə görüşmək üçün Bakıya gələndə üç xalın artıq cibimizdə olduğunu düşündüyünü desəm, yalan olardı. Milli komandanızla oyunun heç də asan olmayacağını bilirəm. Görüşə ciddi hazırlaşırıq. İndidən qələbə qazanacağımı demək tezdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının qapıçısı Rikardu bu gün keçirilən mətbuat konfransında deyib. İspaniyanın “Betis” klubunun qapıçını qoruyan futbolçunun sözlərinə görə, 8 il öncə Bakıdakı oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən nəticə çıxartmaq düzgün olmazdı: “Portuqaliya yığmasının 1999-cu ilin sentyabrda Bakıda qələbə qazanmadığı oyun artıq keçmişdə olub. Biz bunu unudub, qarşıdakı oyun haqda fikirləşirik. Dünyanın ən yaxşı futbolçusu olmağa namizəd komanda yoldaşlarımla müqayisə aparırıqsa, 1999-cu ildə yalnız Luiş Fiqu buna namizəd idi. İndi isə belə futbolçularımızın sayı çoxdur. Həmin vaxt Bakıda heç-heçə etmişdiksə, indi məntiqlə qələbə qazanmalıyıq”. Rikardu Azərbaycan yığmasının hər hansı oyunçusundan çəkinməyin də düzgün olmadığını qeyd edib: “Biz Azərbaycan yığmasından çəkinmirik, qorxmuruq, sadəcə, rəqib kimi böyük hörmət edirik. Futbol adətən komanda oyunudur. Burada fərdlər yox, komandalar bir-birinə qarşı oynayır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR