Bank Of Baku

Luis Felipe Skolari mətbuat konfransına qatılmaqdan imtina edib

Luis Felipe Skolari mətbuat konfransına qatılmaqdan imtina edib
# 11 oktyabr 2007 11:53 (UTC +04:00)
Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari bu günə təyin edilən mətbuat konfransına qatılmaqdan imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, jurnalistlər qarşısına çıxmamağa üstünlük verən braziliyalı mütəxəssis köməkçisi Flavio Murtozanı da toplantıya buraxmayıb. 45 dəqiqə çəkən mətbuat konfransında, əsasən portuqaliyalı jurnalistlərin suallarına cavab verilib. Tədbirə qatılan yerli media işçilərinə isə 15 dəqiqə vaxt verilib. Həmkarlarımızın suallarını Portuqaliya yığmasının qapıçısı, İspaniyanın “Betis” klubunun şərəfini qoruyan Rikardu və “Sportinq”də çıxış edən müdafiəçi Migel Velozo cavablandırıb. Sabah Portuqaliya yığmasının üzvləri növbəti mətbuat konfransı keçirəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR