Bank Of Baku

Migel Velozo: “Azərbaycanla oyuna üç xal qazanmaq üçün çıxacağıq”

Migel Velozo: “Azərbaycanla oyuna üç xal qazanmaq üçün çıxacağıq”
# 11 oktyabr 2007 11:57 (UTC +04:00)
“Azərbaycanla oyunda baş məşqçi Luis Felipe Skolarinin yoxluğunu unutdurmaq fikrindəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya yığmasının üzvü Migel Velozo bu gün keçirilən mətbuat konfransında deyib. “Sportinq” klubunun şərəfini qoruyan yarımmüdafiəçinin sözlərinə görə, L.F.Skolarinin texniki zonadan kənarda qalması yığmanın oyununa mənfi təsir göstərməyəcək: “Baş məşqçimizin yoxluğunu unutdurmaq üçün əlimizdən gələni edəcəyik. Skolari bizə görə cəzalanıbsa, deməli, layiqli cavab verməliyik. Bunun üçün yalnız qələbə qazanmaq lazımdır. Biz də Azərbaycanla oyuna yalnız bu məqsədlə çıxacağıq”. Portuqaliya keçirdiyi son üç oyunu heç-heçə başa vurub. M.Velozonun sözlərinə görə, növbəti xal itkisi milli komanda üçün faciə sayılmayacaq: “Növbəti xal itkisinin Bakıda reallaşacağını fikirləşmirik. Bizi yalnız qələbə qazanmaq maraqlandırır. Azərbaycanla oyuna üç xal qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, Serbiya yığmasının müdafiəçisi İvitsa Draqitunoviçi vurduğuna görə UEFA tərəfindən üç oyunluq cəzalanan L.F.Skolarinin yoxluğunda Portuqaliyanı millimizlə görüşə köməkçisi Flavio Murtoza çıxaracaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR