Bank Of Baku

Vladimir Maslaçenko “Neftçi” haqqında dedikləri ifadələrə görə üzr istədi

Vladimir Maslaçenko “Neftçi” haqqında dedikləri ifadələrə görə üzr istədi
# 11 oktyabr 2007 14:58 (UTC +04:00)
“Moskvada olarkən, rusiyalı futbol şərhçisi Vladimir Maslaçenko ilə görüşdüm. Onunla 1966-cı ildə “Neftçi”nin SSRİ çempionatında qazandığı bürünc medal barədə uydurma açıqlaması, yalanı ilə bağlı mübahisə etdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında veteran futbolçu Kazbek Tuayev deyib. 1966-cı ildə “Neftçi” klubunun heyətində keçmiş SSRİ çempionatının bürünc medalını qazanmış K.Tuayevin sözlərinə görə, həmin vaxt Rusiyanın “Spartak” komandasının qapıçısı olan Vladimir Maslaçenko telekanalların birində yalan məlumat verib: “Maslaçenko deyib ki, guya bürünc medalı qazanmağımızda futboldankənar xoşagəlməz amillərin rolu olub. Mən ona sübut etdim ki, düz danışmır. Bütün həqiqət isə bizim tərəfimizdədir. O, səhvini anladı və üzr istədi”. Rusiya paytaxtında Yuri Sevidovla da görüşdüyünü vurğulayan K.Tuayev vaxtilə “Neftçi”də çalışmış rusiyalı mütəxəssisin Azərbaycanı çox sevdiyini və ölkəmizə hörmətlə yanaşdığını bildirib: “Sevidov Bakıda çalışdığı dövrləri böyük məmnuniyyətlə xatırladı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR