Bank Of Baku

Kazbek Tuayev: “Petrjela Azərbaycan çempionu ola bilməyəcək, bu haqda istənilən şəxslə mübahisə edə bilərəm”

Kazbek Tuayev: “Petrjela Azərbaycan çempionu ola bilməyəcək, bu haqda istənilən şəxslə mübahisə edə bilərəm”
# 11 oktyabr 2007 15:39 (UTC +04:00)
“Bizə əcnəbi məşqçilər lazım deyil. Öz məşqçilərimiz bura dəvət olunanlardan səviyyəcə daha üstündürlər. Əcnəbi mütəxəssis indiyədək Azərbaycan çempionu olmayıb və olmayacaq da! Bu, mümkün deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın Futbol Məşqçiləri İttifaqının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib. K.Tuayevin sözlərinə görə, yerli mütəxəssislərin futbol anlayışları başqa, əcnəbilərin səviyyələri isə zəif və tam fərqlidir. O, bildirib ki, vaxtilə oyunçu və baş məşqçisi olduğu “Neftçi” klubuna dəvət olunan çexiyalı Vlastimil Petrjela ölkəmizdə heç vaxt uğur qazana bilməyəcək: “Petrjela Azərbaycan çempionu ola bilməyəcək. Mən bu haqda istənilən şəxslə mübahisə edə bilərəm. Hesab edirəm ki, onu gətirmək bizim futbol üçün lazımlı deyil. Braziliyalı Karlos Alberto Torresin gəlişi milli komandamıza nə verdi? Əvvəllər burada işləmiş əcnəbi mütəxəssislər futbolumuza nə verdi? Heç nə!” K.Tuayev bildirib ki, hazırkı şəraitdə ölkəmizə futbol meydançaları tikmək, təlim-məşq prosesini yaxşılaşdırmaq, futbolçuları tərbiyələndirmək lazımdır: “Bizə həyatımız boyu özümüzün tərbiyə edib, ayağa qaldırdığımız futbol lazımdır. Klubların gətirdiyi legionerlər də sıfır səviyyəsindədirlər. Mən Azərbaycanın Futbol Məşqçiləri İttifaqının prezidenti kimi belə halların qəti əleyhinəyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR