Bank Of Baku

Luis Felipe Skolari: “Azərbaycan yığması xüsusilə öz meydanında güclü təsir bağışlayır”

Luis Felipe Skolari: “Azərbaycan yığması xüsusilə öz meydanında güclü təsir bağışlayır”
# 12 oktyabr 2007 11:01 (UTC +04:00)
Ardından azərbaycanlı jurnalistlər suallarını Skolariyə ünvanlayıblar. O, milli komandamızın doğma divarlar arasında yaxşı oynadığını etiraf edib: “Azərbaycan yığmasının oyunundan xəbərim var. Sizin komanda xüsusilə öz meydanında güclü təsir bağışlayır”. Rəhbərlik etdiyi kollektivin son üç turda heç-heçə ilə kifayətləndiyini söyləyən Skolari bildirib ki, bu nəticələr faciə sayılmamalıdır: “Çünki biz ən güclü komandalarla görüşlərdə xal itirmişik. Bir müddət öncə Finlandiya Bakıda məğlub olub. Ancaq bu, onlar üçün dünyanın axırı deyildi. Əgər sabah Azərbaycanla oyunda biz də xal itirsək, deməli, rəqib həmin gün daha güclü çıxış edib”. Baş məşqçi vurğulayıb ki, paytaxtımıza 3 gün tez gəlməkdə əsas məqsəd yerli şəraitə uyğunlaşmaqdır. O, məşq üçün “Şəfa” deyil, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu seçməklərini isə belə izah edib: “Məşqlərimizi “Şəfa”da keçirmək istəyirdik. Lakin həmin stadionun ot örtüyü dəyişdirilib. İndi ora sintetik örtüklüdür. Bu, məni qane etmədiyindən başqa variant axtarmalı olduq. Nəticədə Sumqayıt stadionunu seçdik. Bizə yaradılan şəraitdən tam razıyam”. Skolari növbəti “1999-cu ildə Portuqaliya yığması Bakıda 1 xal ilə kifayətlənib, tarixin təkrarlanacağından ehtiyatlanmırsınız?” sualını cavablamaqdan yayınıb. Braziliyalı mütəxəssis deyib ki, Azərbaycanla matçda ən vacib amil futbolçuların oyuna hansı səviyyədə hazırlaşmasıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR