Bank Of Baku

Rikardu Karvalyo: “Azərbaycanla oynamaq İtaliya və Fransaya qarşı oynamaqdan asandır”

Rikardu Karvalyo: “Azərbaycanla oynamaq İtaliya və Fransaya qarşı oynamaqdan asandır”
# 12 oktyabr 2007 11:03 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının müdafiəçisi Rikardu Karvalyo deyib. Bu gün Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran 29 yaşlı futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycana qarşı keçiriləcək matçda qələbə qazanmaq istədiklərini bildirib: “Adətən ilk qolu vuranadək həyəcanlı oluruq. Ancaq istənilən halda, oyunu qələbə ilə başa çatdırmaq niyyətindəyik”. İngiltərənin “Çelsi” klubunun da şərəfini qoruyan R. Karvalyo vurğulayıb ki, Portuqaliya komandasının son turlarda xal itirməsi sabah meydana ehtiyatlı çıxmağa əsas verir: “Son 3 matç heç-heçə nəticələndiyinə görə Azərbaycanla görüşə rahat çıxa bilməyəcəyik. Sabah əsas heyətdə kimi yer alıb-almayacağı bir o qədər önəm daşımır. Ən əsası odur ki, biz yalnız qələbə gözləyirik”. Portuqaliyalı müdafiəçi Azərbaycanı dünya çempionları İtaliya və Fransa ilə də müqayisə edib: “Əlbəttə, Azərbaycanla oynamaq İtaliya və Fransaya qarşı oynamaqdan asandır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR