Bank Of Baku

Azərbaycan olimpiya yığması Farer adalarına uduzub

Azərbaycan olimpiya yığması Farer adalarına uduzub
# 16 oktyabr 2007 08:34 (UTC +04:00)
Azərbaycanın olimpiya yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi dördüncü oyununda da məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Şakir Qəribovun baş məşqçisi olduğu komanda Farer adaları ilə səfərdə keçirdiyi matçda 0:1 hesabı ilə məğlub olub. Bu görüş nəzərdə tutulduğundan, bir gün sonra oktyabrın 14-də keçirilib. Belə ki, Farer adaları Azərbaycan görüşünə təyin edilən Qabriele Rossinin (San-Marino) başçılıq etdiyi hakimlər briqadası həmin gün Farer adaları və Fransa milli komandalarının oyununu idarə edib. Buna da səbəb Farer adaları Fransa oyununa təyinat alan hakimlərin matça gecikməsi olub. Bu, UEFA-nın da çaşqınlığına səbəb olub. Belə ki, qitə futbol qurumu Farer adları Azərbaycan görüşünün 0:0 hesabı ilə başa çatdığını göstərib.
Qeyd edək ki, ardıcıl dörd oyunda məğlub olan olimpiya yığmamız növbəti rəsmi matçını sabah Bakıda Albaniya yığması ilə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR