Bank Of Baku

Yozef Blatter və Mişel Platini bu gün Bakıya gələcəklər

Yozef Blatter və Mişel Platini bu gün Bakıya gələcəklər
# 16 oktyabr 2007 09:18 (UTC +04:00)
FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini bu gün Bakıya gələcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq futbol qurumlarının başçıları sabah saat 10.00-da Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Saat 11.00-da Y.Blatter və M.Platini AFFA-nın inzibati binasının açılış mərasimində iştirak edəcəklər. Saat 12:30-da AFFA-nın inzibati binasında FİFA və UEFA prezidentlərinin mətbuat konfransı keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR