Bank Of Baku

Xavyer Klemente: “Azərbaycanla Ermənistan yığmalarının oyun üslubu bir-birinə çox bənzəyir”

Xavyer Klemente: “Azərbaycanla Ermənistan yığmalarının oyun üslubu bir-birinə çox bənzəyir”
# 16 oktyabr 2007 11:59 (UTC +04:00)
“Azərbaycanla Ermənistan milli komandalarının oyun üslubu bir-birinə çox bənzəyir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiya yığmasının ispaniyalı çalışdırıcısı Xavyer Klemente deyib. X.Klemente hər iki yığma komandanın oyunu müqayisə edərkən, fərqli cəhəti müəyyənləşdirdiyini də qeyd edib: “Həm Azərbaycan, həm də Ermənistan millisi oyuna böyük motivasiya ilə çıxırlar. Bu iki milli komandanın oyununda fərqli cəhət də var. Belə ki, Azərbaycan millisi meydanın mərkəzində güclü pressinq etməsi, Ermənistan yığması isə sürətli oyunu ilə seçilir. Millimizin Ermənistanla heç-heçə etdiyi, yığmanızın isə Portuqaliyaya məğlub olduğu son oyunlar arasında əlaqə tapmaq düzgün olmazdı. Fərqli olan bu matçlar artıq keçmişdə qalıb. Ən vacibi Azərbaycanla Serbiyanın sabahkı görüşüdür”. Azərbaycan millisinin əsas hücumçusu, qol ümidinin serbiyalı Branimir Subaşiçin olması haqda məlumatlı olan X.Klemente bu amilə böyük önəm vermədiyini söyləyib: “Müdafiə xəttində ciddi itkilərimizin və Azərbaycanın əsas hücumçusunun serbiyalı futbolçu olmasının oyuna böyük təsir edəcəyini düşünmürəm. Futbolu şəxsiyyətlər yox, komanda oynayır. Branimir Subaşiçin serbiyalı olduğu halda, Azərbaycan millisində çıxış etməyə üstünlük verməsini bilirəm. Hansı milli komandanın şərəfini qorumaq futbolçunun şəxsi işidir. Subaşiç bu seçimi edib və ona hörmət etmək lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR