Bank Of Baku

Zoran Mirkoviç: “Branimir Subaşiç komandamıza problem yarada biləcək hücumçudur”

Zoran Mirkoviç: “Branimir Subaşiç komandamıza problem yarada biləcək hücumçudur”
# 16 oktyabr 2007 13:45 (UTC +04:00)
“Azərbaycan yığması ciddi rəqibdir. Milli komandanızla görüş ağır olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Serbiya mili komandasının 36 yaşlı sabiq müdafiəçisi Zoran Mirkoviç deyib. Artıq futbolçu karyerasını başa vuraraq, hazırda Serbiya millisində idman direktoru postunu tutan Z.Mirkoviç Azərbaycanla dörd il öncə Bakıda 1:2 hesabı ilə uduzduqları görüşün iştirakçısı olub. Həmin matçda 90 dəqiqə meydanda olan futbolçu bu oyunla yığma karyerasını başa vurub: “Azərbaycanla görüş yığmada keçirdiyim sonuncu matçım olub. Bakıda bu dəfə də görüş də çətin olacaq. Mən bu haqda futbolçularla söhbət edərək, öz məsləhətlərimi vermişəm”. Z.Mirkoviç Azərbaycan millisinin şərəfini qoruyan həmvətəni Branimir Subaşiçin təhlükəli hücumçu olduğunu qeyd edib: “Branimiri çox yaxşı tanıyıram. O güclü futbolçudur. Hesab edirəm ki, Subaşiç milli komandamıza problem yarada biləcək hücumçudur. Bununla belə, futbol kollektiv idman növü olduğundan, yalnız Branimir Subaşiç haqda həddin artıq danışmaq da düzgün olmazdı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR